Azedu.az

Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar

22 Oktyabr 2024, 10:25
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar

Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaq.

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, 2024-2025-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində keçirilmiş müsabiqə nəticəsində 2 nəfər Azərbaycan Respublikası (AR) vətəndaşının namizədliyi Rumıniya tərəfindən müsbət qiymətləndirilib. Qeyd edək ki, qaliblər HTP çərçivəsində Rumıniyanın “Babes-Bolyai” adlı ali təhsil müəssisəsində iqtisadiyyat və idarəetmə və təbiət elmləri sahələri üzrə magistratura səviyyəsində təhsil alacaqlar.

Bununla yanaşı, ilk dəfə olaraq Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokola uyğun olaraq 2 nəfər AR vətəndaşı Tacikistanda magistratura və doktorantura səviyyələrində tam təqaüdlə təhsil almaq hüququ qazanıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox