Azedu.az

ADPU-da auditoriyalara daman su tələbələrin davamiyyətinə təsir etməyib 

22 Oktyabr 2024, 10:15
ADPU-da auditoriyalara daman su tələbələrin davamiyyətinə təsir etməyib 

Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərə də təsirsiz ötüşməyib.

Belə ki, hava şəraiti ilə əlaqədar yağış suları auditoriyadakı partaların üstünə tökülüb.

Bu hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda baş verib.

Vəziyyətlə əlaqədar AzEdu.az Təhsil Portalı olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə əlaqə saxladıq.

Universitetdən bildirilib ki, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb:

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) III tədris binasında auditoriyaya yağış suyunun damması ilə bağlı bəzi xəbər portallarında yayılan görüntülərlə bağlı bildirmək istərdik ki, yaranmış vəziyyət aramsız davam edən güclü yağış səbəbindən baş verib və sözügedən tədris korpusunun yerləşdiyi bina köhnə olduğundan bu kimi halın yaşanması, təəssüf ki, qaçınılmaz olmuşdur. Bununla belə, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb.


Eyni zamanda bildirmək istərdik ki, vəziyyətlə bağlı təhsilalanların sağlamlığı üçün heç bir risk yaranmayıb. Sözügedən hal sonuncu dərsin bitməsinə yaxın yaşanıb. Bu zaman müəllim vəziyyəti ələ alaraq dərhal tələbələri kənar partalara yönəldib və dərsi tamamlayıb (su daman hissədə tələbələrin olmadığı görüntülərdə də aydın görünür). Ümumilikdə, tədris binalarının tədrisə yararlı halda olması və cari problemlərin aradan qaldırılması məqsədi ilə hər mövsümdə cari təmir işləri həyata keçirilir".

 

T. Mirzəyev qeyd edib ki, universitetdə dərslər normal qaydada davam edir:

 

"Sözügedən tədris binası nisbətən köhnə olduğundan infrastrukturunda müəyyən problemlər mövcuddur və bunların zamanla aradan qaldırılması, infrastrukturun yenilənməsi məqsədi ilə iş aparılır. Konkret yaşanan hala gəldikdə isə, diqqətinizə çatdırmaq istərdik ki, bütün fəsadlar və onların yaratdığı nəticələr qeydə alınıb və qış mövsümünə hazırlıq işləri çərçivəsində bütün bu problemlər aradan qaldırılacaqdır. Onu da bildirək ki, yağışlı hava şəraiti müəllim və tələbələrin dərs prosesində iştirakına və davamiyyətə ciddi təsir etməyib. Universitetdə dərslər normal qaydada davam edir".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox