Azedu.az

Yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək

Xəbərlər

22 Oktyabr 2024, 09:40
Yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək

“Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir”.

Xidmətin rəsmisi Gülnarə Abbasova AzEdu.az-a xəbər verib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

“Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”, - deyə qeyd olunub.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox