Azedu.az

“Tarixdə bu gün” - Beynəlxalq Kitabxana Günü...

Rubrika

22 Oktyabr 2024, 08:59
“Tarixdə bu gün” - Beynəlxalq Kitabxana Günü...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

22 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq

 

22 Oktyabr Beynəlxalq Kitabxana Günüdür:

 

Bu gün 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilib.

 

22 oktyabr 2020-ci ildə Azərbaycanın bir qəsəbə və bir neçə kəndi Ermənistanın işğalından azad olundu:

 

Azərbaycanın Silahlı Qüvvələri Zəngilanın Ağbənd qəsəbəsi və Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini Ermənistanın işğalından azad edib.

 

22 oktyabr 1962-ci ildə yazıçı, jurnalist, tərcüməçi, redaktor, etnoqraf Ceyhun Hacıbəyli vəfat edib:

 

O, AXC qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər qəzetlərlə əməkdaşlıq etmiş, 1917-ci ildə "İttihad" qəzetinin redaktoru olub. 

 

C.Hacıbəyli AXC qurulduqdan sonra  dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilib. AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərir. Fransız mətbuatı ilə əməkdaşlıq edir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru olub.

 

Qeyd edək kic o, dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır.

 

22 oktyabr 1929-cu ildə  tanınmış filosof, akademik Fuad Qasımzadə Bakıda doğulub:

 

Böyük mütəfəkkir şair M.Füzulinin fəlsəfi dünyagörüşü ilə bağlı tədqiqatların müəllifidir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox