Oktyabrın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” formu öz işinə başlayıb.
5 gün davam edəcək forum çərçivəsində "İkinci həyat – dizaynerlərin gözü ilə" adlı tulantılardan hazırlanmış maketlərin sərgisi, panel müzakirələri, vörkşoplar, rəsm müsabiqəsi, təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
Forumda iştirak edən tələbələr əl işlərini sərgidə nümayiş etdirirdilər.
Onlardan biri də Aysel Qarayevadır.
O, Dizayn fakültəsinin dizayn ixtisası üzrə 2-ci kurs tələbəsidir. Aysel bugünkü forumun sərgisində təqdim etdiyi əl işi ilə bağlı AzEdu.az-a danışıb.
“Bu layihə universitetimizdə 2 gün ərzində 3-cü korpusun bufetində toplanan tulantılarlardan ərsəyə gəlib. Biz həmin layihəni 4 gün ərzində Dizayn fakültəsinin nəzdində olan Mühit Dizayn kafedrası və bu fakültənin tələbələri ilə birlikdə hazırlamışıq. Məqsəd odur ki, layihədən yola çıxaraq insanlara tullantıları zibil qabına atmağı təşviq edək. Beləliklə daha təmiz ərtaf mühitə sahib olmuş olarıq".
Dizayn ixtisasının digər 2-ci kurs tələbəsi olan Həsən Məmmədov bildirib ki, layihə göründüyü kimi, spiral şəkildədir və tullantılar burada yerləşən işarənin arxasından çıxaraq dairəvi formada davam edir:
“Bu ona göstərir ki, tulantıları zibil qabına atsaq, o qədər də çox tullantı olmayacaq. Yaşadığımız mühiti niyə də təmiz saxlamayaq? Əks təqdirdə, özümüz üçün çirkli hava yaratmış oluruq. Bu və bu kimi bir çox layihələr üzərində işləməyə planlaşdırırıq”.