Azedu.az

Sosial media dələduzları: "Onlar xəstə uşaqlardan istifadə edirlər"

Xəbərlər

21 Oktyabr 2024, 14:38
Sosial media dələduzları: "Onlar xəstə uşaqlardan istifadə edirlər"

Son zamanlarda sosial şəbəkələrdə uşaqlardan istifadə edərək pul istəyənlərin sayı artmaqdadır. İnsanlar uşaqların vəziyyətini nəzərə alaraq araşdırmadan pul göndərirlər. Hətta bəzən bu xəbərlərin yalan və dələduzluq əməlləri olduğu ortaya çıxır.

 

Belə dələduzluq əməllərindən insanlar necə qorunmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, bəzi fırıldaqçılar bu cür yardım postları paylaşaraq insanları aldadırlar:

147439

"Onlara görə həqiqətən müalicəyə ehtiyacı olan insanları seçə bilmirik. İnamımız azalıb, çünki bir neçə dəfə aldadılmışıq.Bu, bizdə ciddi bir etibarsızlıq yaradır və əsl yardıma ehtiyacı olan insanlara kömək etməməyimizə səbəb olur. Beləliklə, fırıldaqçıların yalanına aldandığımız üçün ehtiyacı olanlara yardım edə bilmirik”.

 

Həmsöhbətimiz qeyd edib ki, inamsızlıq insanların psixologiyasını o qədər pozur ki, artıq hər addımda aldadılacağımızı düşünürük:

 

“Buna görə də yardıma ehtiyacı olan şəxsləri tanımaq və araşdırmaq lazımdır. Yəni, kimsə yardım istəyirsə, konkret olaraq özündən ünvanını almaq, nömrəsini götürüb yerinə getmək və orada tanış olmaq daha realdır. Lakin hamımızın buna vaxtı olmaya bilər. Məsələn, iş yerində oturarkən internetdə qarşıma bir uşağın müalicəyə ehtiyacı olduğu xəbəri çıxır. İstəyirəm ki, gücüm nəyə çatırsa, ona kömək edim. Amma aldadılma ehtimalından da qorxuram.

 

Bu ehtimalın aradan qalxması üçün ağlıma gələn ilk şey həmin şəxslərin evinə gedib, vəziyyəti özümün müşahidə etməsidir. Amma iş yüküm ağırdır, vaxtım yoxdur. Nəticədə müəyyən məbləği sırf ürəyimdən keçir deyə həmin insanın hesabına pul köçürürəm. Sonra eşidirəm ki, fırıldaqçı imiş. Bəs bundan sonra başqasına kömək edərəmmi? Təbii ki, yox. Ona görə də dələduzların qarşısını almaq lazımdır ki, həqiqətən ehtiyacı olanlar köməksiz qalmasınlar”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox