Azedu.az

Şabranda yağış sinif otaqlarına axır

Xəbərlər

21 Oktyabr 2024, 14:41
Şabranda yağış sinif otaqlarına axır

 

Şabran rayon Dəvəçi kənd tam orta məktəbi yararsız vəziyyətdədir.

AzEdu.az Baku.ws-ə istinadən xəbər verir ki , bu barədə məlumat  qaynar xəttə daxil olub.

Bildirilib ki, hazırda bölgədə yağan yağış təmirsiz məktəbin durumunu daha da ağırlaşdırıb. Bəzi sinif otaqlarında isə artıq dərs keçmək mümkünsüz olub:

"Demək olar ki, bütün otaqlarda tavandan yağış suları otaqlara axır. Artıq 2-3 otaqda dərs keçməyi dayandırıblar. Otaqlar çox soyuq olur. Şagirdlərin səhhəti təhlükə altındadır".

Sözügedən görüntüləri təqdim edirik:

 

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox