Azedu.az

Məşhur uşaq inkişaf mərkəzi barədə protokol tərtib edildi

Xəbərlər

21 Oktyabr 2024, 11:21
Məşhur uşaq inkişaf mərkəzi barədə protokol tərtib edildi

"Məryəm Kids" Uşaq İnkişaf Mərkəzi cərimə edilə bilər.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, mərkəz barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

İşə Astara rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə baxılacaq.

 

Protokol təsdiq edilərsə, mərkəzi 20 min manatdan 25 min manatadək məbləğdə cərimə gözləyir.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox