"COP-29-un ölkəmizdə keçirilməsinin çox böyük əhəmiyyəti var".
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova jurnalistlərə açıqlamasında qeyd edib.
"Azərbaycan növbəti böyük qlobal tədbirə ev sahibliyi edir və inanırıq ki, bu tədbiri ən yüksək səviyyədə keçirəcəyik. Tələbələrimiz də bu hərəkata qoşulublar. Onlar öz işləri və kurs layihələri vasitəsilə COP ideyalarını əks etdirir, yayır, ekoloji və iqlim dəyişikliklərinə qarşı mübarizəni başa düşür və öz ideyalarında ifadə edirlər. Düşünürəm ki, COP qabağı keçirilən tədbirlər arasında bu tədbir öz yerini tutacaq və qarşıya qoyduğumuz vəzifəni layiqincə yerinə yetirəcəyik."