AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
21 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun qəsəbə və bir sıra kəndlərini Ermənistanın işğalından azad edib:
Bu kəndlər Mincivan qəsəbəsi və Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndləridir.
21 oktyabr 1860-cı ildə “Tərcümani-Ahval” qəzeti dərc olundu:
Qeyd edək ki, qəzet Osmanlı imperatorluğunun ilk xüsusi siyasi qəzeti idi.
21 oktyabr 1520-ci ildə ən böyük kəşflərdən biri, Magellan boğazının tapılması oldu:
Fernando Magellan Cənubi Amerikanın cənubunda, Atlantik okeanını Sakit okeana birləşdirən boğazı kəşf etdi. Qeyd edək ki, boğaz onun ismi ilə “Magellan” adlandırıldı.
21 oktyabr 1935-ci ildə ədəbiyyatşünas alim, professor, Prezident təqaüdçüsü Fəridə Vəlixanova anadan olub:
Qeyd edək ki, o, Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.
21 oktyabr 1932-ci ildə XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, şair, tənqidçi və ölkənin müstəqilliyi uğrunda alovlu mübariz Xəlil Rza Ulutürk dünyaya gəlib:
1988-ci ildən başlanan azadlıq hərəkatı Xəlil Rzanın ictimai fəaliyyətinin daha canlı və ən parlaq səhifələridir