Azedu.az

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Xəbərlər

20 Oktyabr 2024, 16:49
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

 

AzEdu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

 

Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qobustan, Neftçala, Lənkəran, Lerik, Yardımlı və Astarada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox