Azedu.az

Bacısını öldürən qardaş hakim qarşısında

Xəbərlər

18 Oktyabr 2024, 16:06
Bacısını öldürən qardaş hakim qarşısında

Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, xəbər verir ki, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Aytən Əliyevanın sədrlik etdiyi hakimlər Heyəti tərəfindən baxılacaq.

Hazırlıq iclası 28 oktyabr saat 15:00-a təyin olunub.

Qeyd edək ki, bu il iyulun 1-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar zamanı1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox