Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.
AzEdu.az öldürülən gəncin fotolarını təqdim edir:
00:36
Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var.
AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 17-si, saat 22:00 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.