Azedu.az

Nizami Orucovdan ÇAĞIRIŞ: "Övladınızı göndərdiyiniz psixoloqu ciddi araşdırın"

17 Oktyabr 2024, 14:21
Nizami Orucovdan ÇAĞIRIŞ: "Övladınızı göndərdiyiniz psixoloqu ciddi araşdırın"

Son zamanlar insanlar arasında psixoloqlara üz tutanların sayı artmaqdadır. Hətta onlar içərisində uşaqlarda yer alır. Belə ki, bəzi valideynlər övladlarını "yaxşılığı" üçün onları psixoloq yanına aparırsalar da sonradan məlum olur ki, həmin psixoloqların təhsili belə yoxdur. Yəni bir psixoloq kimi savadlı, dünyagörüşlü, təcrübəli deyillər.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Nizami Orucov qeyd edib ki, hazırda cəmiyyətimizdə təəssüf ki, təhsilsiz, təcrübəsiz şəkildə özünə psixoloq adı qoyaraq fəaliyyət göstərən "psixoloqlar" çoxdur:

 

“Yaxınının dərdinə qulaq asıb öz təcrübələri və fikirlərini aşıladığı üçün özünə yaxşı dinləyici və psixoloq adı qoyaraq bu yola çıxanlar az deyildir. Həvəsə gəlib bunu etmələri bir yana, yiyələnməyə çalışdıqları peşənin məsuliyyətini dərk etmirlər. Psixoloqluq tibbin başqa bir növü deyiləcək qədər, önəmli, həssas, detallarla çalışılan bir peşədir. Burada əsl psixoloq dərk edir ki, qarşısındakı insanın bir növ "ruhunu əməliyyat edir", üzərində çalışır.

 

Bunu anlamayan insanlara hələ bir uşağın əmanət edilməsi çox təhlükəli səhnə ortaya çıxarır. Problemin nə olmasından aslı olmayaraq qeyri - sağlam yönləndirmə və ifadələrlə uşaqla ünsiyyət saxlamaq, çox problemli nəticələrə gətirib çıxara bilər. Hətta intihara belə. Bu halların olmaması üçün müraciət edilən mərkəzi, şəxsi yaxşıca araşdırmalı və ali təhsili olub - olmadığını soruşmalıdırlar.

 

Bu müraciət edənin ən təbii haqqıdır. Bundan çəkinmək, utanmaq lazım deyil. Yoxsa, nəticələrinin məsuliyyətinin bir hissəsi həm də özlərindən aslı olacaq”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox