Azedu.az

“Tarixdə bu gün” - 17 oktyabr necə yadda qalıb?

Rubrika

17 Oktyabr 2024, 08:51
“Tarixdə bu gün” - 17 oktyabr necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

17 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

17 oktyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. 

 

17 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri gecə saat 01.00 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutdu:

 

Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

17 oktyabr Füzuli Şəhəri Günüdür:

 

Bununla bağlı Azərbaycan Respublikası Prezidenti xüsusi Sərəncam imzalayıb. Sənədə əsasən işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, hər ilin 17 oktyabrı – Füzuli şəhəri günü kimi qeyd ediləcək.

 

17 oktyabr Yoxsulluqla Beynəlxalq Mübarizə Günüdür:

 

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

 

1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox