Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub.
Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir: "Məktəbdə tədris prosesi davam edir".
Qeyd edək ki, məktəbdə övladı təhsil alan valideynlər tərəfindən təhsil müəssisəsində üç gündür elektrik enerjisinin olmaması ilə bağlı AzEdu.az-a müraciət edilib.