Azedu.az

Təhsilsiz masajist və çöpçüləri hansı cəzalar gözləyir?  - QANUN

16 Oktyabr 2024, 10:20
Təhsilsiz masajist və çöpçüləri hansı cəzalar gözləyir?  - QANUN

Bəzən görürük ki, valideynlər övladlarını heç bir təhsili olmayan şəxslərin yanına masaja, eləcə də çöp çıxarmağa aparırlar. Onlar isə bir növ xalq təbabəti adı altında yanlış masaj edərək, yaxud çöp çıxararaq uşaqların xəsarət almasına, hətta ölməsinə də səbəb olurlar.

 

Bəs, görəsən təhsili olmadan xalq təbabəti ilə məşğul olan şəxslər barədə hansı addımlar atılır?

 

AzEdu.az Təhsil Portalı olaraq, mövzu ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən özəl tibb fəaliyyətinin subyektləri, yəni tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə üsullarını tətbiq edə bilərlər:

 

“Müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 210.1-ci maddəsində inzibati cərimə nəzərdə tutulub”.

 

Qeyd edək ki, 210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

 

210.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox