AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
16 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
16 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini Ermənistanın işğalından azad edildi.
16 oktyabr Ümumdünya Qida Günüdür:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hər il 16 oktyabr tarixini Ümumdünya Qida Günü kimi qeyd edir. Bu gün aclığa son qoymaq və kollektiv olaraq nə edə biləcəyimizi düşünmək günüdür. Həmçinin, dünyada sağlam qidaya sahib olmayan 3,1 milyard insan və aclıqla mübarizə aparan 828 milyon insan üçün bütün bacardıqlarımızı səfərbər etməliyik.
16 oktyabr 1856-cı ildə Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Mehmandarov dünyaya gəlib:
Səməd bəy Rusiya-Yaponiya müharibəsi zamanı 7-ci Sibir artilleriya diviziyasının komandiri olub. Port-Arturun müdafiəsi zamanı göstərdiyi igidliyə görə “Qızıl qılınc”la təltif edilib. 1918-ci ilin dekabrından 1920-ci ilin aprelinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri vəzifəsində çalışan bu istedadlı sərkərdənin Azərbaycan hərb sənətinin inkişafında, eləcə də hərbi kadrların hazırlanmasında xidmətləri əvəzsizdir.
16 oktyabr 1926-cı ildə bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev anadan olub:
O, Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
16 oktyabr 1949-cu ildə ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi İsa Həbibbəyli anadan olub:
O, əvvəllər Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində işləyib işləyib. Milli Məclisin deputatı, 2022-ci ildən AMEA-nın prezidentidir.