Azedu.az

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

15 Oktyabr 2024, 15:28
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

20 oktyabr 2024-cü il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrә) iştirak edəcək namizədlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

 İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası”

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox