Azedu.az

Son 4 ildə ADPU-dan xaric edilən əcnəbi tələbələrin SAYI

15 Oktyabr 2024, 14:32
Son 4 ildə ADPU-dan xaric edilən əcnəbi tələbələrin SAYI

Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2023-2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 6680 vətəndaşı təhsil alıb. Onların 891-i MDB ölkələrinin, 5789-u isə digər ölkələrin payına düşür.

 

Bəs, görəsən, ümumiyyətlə son 4 il ərzində ali məktəblərdə neçə əcnəbi tələbə xaric edilib?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlər arasında sorğu keçirdik.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetdən (ADPU) bildirilib ki, son 4 il ərzində 18 əcnəbi tələbə universitetdən xaric edilib:

 

“Son 4 ildə "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları"na əsasən, ümumilikdə 18 nəfər əcnəbi tələbə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri siyahısından xaric edilib. 

 

Bu tələbələrdən 6 nəfər 2021-ci ildə, 4 nəfər 2022-ci ildə, 5 nəfər 2023-cü ildə, 3 nəfər isə 2024-cü ildə universitetin tələbələri sırasından xaric olunub.

 

Sözügedən tələbələr, müvafiq qaydaların daha çox üzürsüz səbəbdən dərslərdə iştirak etməmək, təhsil haqqının ödənilməməsi və öz istəkləri ilə bəndlərinin tələblərinə uyğun olaraq ali təhsil müəssisəsinin tələbələri sırasından xaric ediliblər”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox