Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.
AzEdu.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, oktyabrın 13-də saat 11 radələrində Sabirabad rayon sakini, 2007-ci il təvəllüdlü Miramil Mirməmməd oğlu Nəzərli Şirvandakı xəstəxanaya aparılıb.
Yüksək hərarətlə tibb müəssisəsinə çatdırılan 17 yaşlı oğlan az sonra vəfat edib.
Hadisə ilə əlaqədar Şirvan Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.