Azedu.az

Prorektor: Qarabağ Universiteti ali təhsil müəssisələrinə nümunə olacaq

Universitetlər

14 Oktyabr 2024, 13:58
Prorektor: Qarabağ Universiteti ali təhsil müəssisələrinə nümunə olacaq

“Qarabağ Universiteti ali təhsil müəssisələrinə nümunə olacaq”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin prorektoru Fariz Əhmədov Təhsil TV-yə açıqlamasında qeyd edib.
 

O, qeyd edib ki, Qarabağ Universitetinə gəlmək yolunda heç bir çətinlikdən keçməyib:

 

“Qarabağ Universitetinə böyük bir həvəslə gəlmişəm. Çünki Qarabağ Universiteti yaxın gələcəkdə Azərbaycanda ali təhsil müəssisələrinə nümunə olacaq və yeni dövrün çağırışılarına cavab verən bir universitet olacaq.

 

Qarabağ Universitetində tədris planı beynəlxalq standartlarda hazırlanıb. Bu universitetin elm və innovasiyalar sahəsində strategiyalar və hədəfləri müəyyənləşdirilmişdir.

 

Bizim burada əsas məqsədimiz tələbəyə yalnız təhsil vermək deyil, eyni zamanda tədqiqat bacarıqlarının artırılması və işdünyası dövlət və özəl qurumlar üçün rəqabət qabiliyyətliyini və Cənab Prezidentimizdə açılışda qeyd etdiyi kimi, milli-mənəvi dəyərləri özündə birləşdirən bir vətəndaş yetişdirməyi özümüzə əsas hədəf olaraq qoymuşuq”.

 

F.Əhmədov söyləyib ki, Qarabağ Universitetində çalışmaq tarixi bir missiyadır:

 

“Burada fəaliyyət göstərmək özü bir ali təhsil və elm sahəsində yeni dövrün çağırışlarına cavab vermək deməkdir. Tələbələr üçün çox istiqamətdə işlər görüləcək. Belə ki, hər sahədə daha fərqli bir formatda tələbə klubları olacaq. Bu tələbələrimizin ixtisas qabiliyətindən başqa əlavə bilik və bacarıqlarını müəyyənləşdirmək üçündür.

 

Biz həm yerli imkanlardan, həm də universitetimizdəki laboratoriyalarsan aktiv şəkildə istifadə edəcəyik. Bu yaxınlarda “Cisco” beynəlxalq şəbəkə akademiyası ilə artıq əməkdaşlığa başlanılıb. Onlar bizim tələbələrimiz üçün də təlimlər keçəcəklər. Hansı ki, onların verdiyi sertifikatlar dünyada ən aparıcı söz sahibi olan sertifikatlardır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox