Azedu.az

Məktəblilərimiz beynəlxalq kosmik poster müsabiqəsində iştirak ediblər

14 Oktyabr 2024, 12:48
Məktəblilərimiz beynəlxalq kosmik poster müsabiqəsində iştirak ediblər

Məktəblilərimiz beynəlxalq kosmik poster müsabiqəsində iştirak ediblər.

 

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Azərkosmos nəzdində fəaliyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə beynəlxalq kosmik poster müsabiqəsinin respublika mərhələsi keçirilib.

 

Müsabiqədə uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin təqdim etdiyi posterlərin konsept və dizaynı, emosional təsiri, mövzunun təsirliliyi və təqdimat bacarıqları kimi qiymətləndirmə meyarları üzrə 3 qalib müəyyən olunub.

 

Qaliblər 26-29 noyabr tarixlərində Avstraliyanın Pers şəhərində keçiriləcək Beynəlxalq mərhələyə vəsiqə qazanıblar.

 

Qeyd edək ki, müsabiqənin məqsədi məktəblilərin kosmik elm və texnologiyaya marağını və məlumatlılığını artırmaq, istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox