Qarabağ Universitetinin Pedaqoji fakültəsində təhsil alan tələbələr üçün “İntellektual oyunlar” klubu yaradılıb.
Bu barədə AzEdu.az-a Qarabağ Universitetindən məlumat verilib.
Universitetdən bildirilib ki, klub daxilində keçirilən ilk oyunda fakültənin 45-dən çox tələbəsi iştirak edib.
Qeyd edək ki, növbəti oyunların digər fakültələr üçün də təşkil edilməsi nəzərdə tutulub.