Türkiyənin Ərəbgir rayonunda təşkil olunan IV Beynəlxalq Oğuzlar Simpoziumunda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmlər doktoru, professor Mahirə Hüseynova Ərəbgir şəhərinin fəxri vətəndaşı seçilib.
Azedu.az xəbər verir ki, bununla bağlı təqdim edilən sənəddə Ərəbgirin ölkə və beynəlxalq səviyyədə təbliğində professor Mahirə Hüseynovanın töhfəsini, iştirakını və dəstəyini əsirgəmədiyi qeyd olunur.
Beynəlxalq Oğuzlar Simpoziumu türk xalqlarının vahid müstəviyə inteqrasiyası üçün ildə bir dəfə nüfuzlu universitetlər tərəfindən keçirilən tədbirdir. Araşdırmaçı alimlərin bölmə iclaslarında elmi məqalələri ilə çıxışları və bu çərçivədə müzakirələri nüfuzlu elmi nəşrlərdə dərc olunur.