Azedu.az

Dönərdən zəhərlənən tələbələr danışdı 

Xəbərlər

12 Oktyabr 2024, 10:31
Dönərdən zəhərlənən tələbələr danışdı 

Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən

AzEdu.az xəbər verir ki, zəhərlənən tələbələr “Xəzər TV”yə açıqlamalarında hadisənin təfərrüatını danışıblar.

“Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”, - tələbələrdən biri bildirib.

 

Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib: “Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.

Daha ətraflı “Xəzərxəbər”in sujetində:

//youtu.be/_BIjkIzFYKo

 

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox