Azedu.az

Şəkidə 15 yaşlı yeniyetməni maşın vuraraq öldürüb - YENİLƏNDİ

Xəbərlər

12 Oktyabr 2024, 10:27
Şəkidə 15 yaşlı yeniyetməni maşın vuraraq öldürüb - YENİLƏNDİ

Şəkidə avtomobilin vurduğu yeniyetmə xəstəxanaya aparılarkən yolda ölüb.

AzEdu.az xəbər verir ki, Asim Azər oğlu Abdurahmanlı müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) Mingəçevir Şəhər Xəstəxanasına aparılarkən yol həyatını itirib.

Qeyd edək ki, Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, Asim Abdurahmanlını vurub.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

----------------------

Şəkidə 15 yaşlı yeniyetməni maşın vurub.

AzEdu.az xəbər verir ki, hadisə axşam saat 21 radələrində rayonun Qoxmuq kəndi ərazisində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Asim Azər oğlu Abdurahmanlını minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan A. Abdurahmalı Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox