İmtahan 11 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində 2 növbədə təşkil olunub. İmtahanda 2 nəfər əcnəbi olmaqla, ümumilikdə 15 nəfər iştirak edib.
AzEdu.az xəbər verir ki, iştirakçılar imtahan nəticələrin ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 15 noyabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre