Azedu.az

UNICEF-in nümayəndəsi: Təhsil uşaqların uşaqların həyatında   mühüm rolu var

Xəbərlər

11 Oktyabr 2024, 14:21
UNICEF-in nümayəndəsi: Təhsil uşaqların uşaqların həyatında   mühüm rolu var

“UNICEF-in əsas strategiyası 2030-cu ilə qədər 60 ölkədə 50 milyon uşaq üçün iqlim təhsilini dəstəkləmək, həmçinin gələcək iqlim risklərinə qarşı dayanıqlılıq yaratmaq üçün icmalarla işləməkdir”.

AzEdu.az xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən “Davamlılığın və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətinin inkişafında insan rolu” mövzusunda tədbirdə UNICEF-in nümayəndəsi Saja Farooq Abdullah deyib.

O qeyd edib ki, Pre-COP29-da iqlim dəyişikliyinin uşaqlara təsirləri ilə bağlı çox maraqlı müzakirələr aparılıb: “Xüsusilə UNICEF-in qlobal yanaşması təhsilin əsas istiqamətə yönəldilməsidir. Biz uşaqların təsirə məruz qalmamasını təmin etmək üçün qitədəki bütün hökumətlərlə işləyirik.

Təhsil uşaqları dəyişən dünyaya hazırlamaqda mühüm rol oynayır, onları bacarıq və biliklərlə təchiz etməklə gələcəyə hazırlayır”, - deyə UNICEF-in nümayəndəsi əlavə edib.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox