Azedu.az

Universitetlərimizin beynəlxalq reytinqdə olmasını dəyərdən salmamalıyıq

Universitetlər

11 Oktyabr 2024, 11:02
Universitetlərimizin beynəlxalq reytinqdə olmasını dəyərdən salmamalıyıq

“Times Higher Education” (THE) tərəfindən “THE Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələri açıqlanıb.

 

Bu cədvəldə Azərbaycanın 2 ali təhsil müəssisələri də qərarlaşıb. Ancaq sosial şəbəkələrdə bu reytinqlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir çoxları düşünür ki, universitetin reytinqi orada oxuyan Prezident təqaüdçülərinin sayı ilə müəyyən olunmalıdır.  

 

Mövzu ilə bağlı Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini, təhsil mütəxəssisi Elçin Süleymanov AzEdu.az-a açıqlama verib.

 

“QS World University Rankings 2025” və “ShanghaiRanking” onlarla universitet reytinq sıralaması içərisində ən ciddi araşdırma aparanlardır. Onların nəticələri, statistikaları demək olar ki, bütün təhsil şirkətləri, eyni zamanda magistr və bakalavr təhsili almaq istəyən şəxslər tərəfindən birmənalı qəbul olunur. Bu reytinqlər universitetdəki tədqiqatlar, beynəlxalq əməkdaşlıq, əcnəbi və yerli tələbə, eləcə də yerli və əcnəbi müəllim nisbəti kimi obyektiv ölçülərə, kriteriyalara əsasən seçilir.  Düzdür, “Shanghai”da nobel mükafatı alan məzunlar və s. kimi göstəricilər də yer alır, amma ilk 100 universitetə baxdıqda, hər üç qiymətləndirmə  demək olar ki, 99% oxşar nəticələrə əsaslanır.

 

Azərbaycanın iki universitetinin reytinqdə yer alması müsbət haldır. Bunu dəyərdən salmamalıyıq. Ən azından artıq  iki universitetimiz qlobal reytinqdədir. Bundan sonra digər universitetlər də reytinqdə yer almaq üçün öz əskiklərini aradan qaldırmalıdırlar.

 

Düşünürəm ki, universitetlər ilk növbədə xarici tələbə qəbulunu genişləndirməli, tədqiqatların keyfiyyətlərini artırmalı, daha çox istinad götürüləcək tədqiqatlar yazmalı, beynəlxalq əməkdaşlıq, eyni zamanda biznes dünyası ilə əməkdaşlıq, patentlər, iqtisadi fəaliyyətlərin artırılması istiqamətində addımlar atmalıdırlar.

 

Bunları inkişaf etdirdikdən sonra universitetlərin reytinqdə olub-olmaması da önəmli deyil. Əsas təhsilin keyfiyyətini artırmaqdır”.

 

Müsahibimiz bildirib ki, Prezident təqaüdçülərinin sayına görə universitetin reytinqini müəyyənləşdirmək doğru deyil:

 

“Prezident təqüdçülərinin universiteti seçməsi müxtəlif qiymətləndirmələrə görə ola bilər. Bu proses giriş hesab olunur. Ancaq reytinq çıxışa – yəni nəşr sayına, beynəlxalq əlaqələrə, tələbə kontingentinə nəzər salır. Bu baxımdan girişdən çox, çıxış daha obyektiv kriteriyadır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox