Azedu.az

“Tarixdə bu gün” - 11 oktyabr...

Rubrika

11 Oktyabr 2024, 09:00
“Tarixdə bu gün” - 11 oktyabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

11 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

11 Oktyabr Beynəlxalq Qızlar Günüdür:

 

BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb. 

 

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

 

11 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarılıb:

 

Eləcə də, həmin gün  Gəncə və Mingəçevir düşmən tərəfindən raket atəşinə tutulub. Nəticədə 17 nəfər dinc sakin həyatını itirib.

 

11 oktyabr 1998-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib:

 

Dövlət başçısı Heydər Əliyev xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Prezidenti seçilib.

 

11 oktyabr 1983-cü ildə Xalq yazıçısı Süleyman Rəhimov vəfat edib:

 

O, "Şamo", "Saçlı", “Ağbulaq dağlarında”, “Mahtaban”, "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərlərin müəllifidir. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox