Azedu.az

"Milli-mənəvi dəyərlərdən uzaq, fərqli bir gənclik yetişir"

10 Oktyabr 2024, 13:38
"Milli-mənəvi dəyərlərdən uzaq, fərqli bir gənclik yetişir"

Son günlər istər Azərbaycanda, istərsə də Türkiyədə gənclər arasında cinayət hadisələrinin bütün medialarda əks etdirildiyini görürük. Ardı-arası kəsilməyən bu hadisələr artıq cəmiyyətin psixologiyasına yaxşı təsir etmir.

 

Hətta bu məsələlərin işıqlandırılması, gənclərin şüuruna təsir etdiyi və nəticədə daha çox belə hadisələrin baş verməsinə gətirib çıxardığı da söylənilir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verəm millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, mənfi hadisələrin kütləviləşməsi təkcə sosial medianın günahı deyil:

146778

“Hazırda gənclər arasında baş verən xoşagəlməz hadisələrin səbəbi olaraq sosial medianı günahlandırmaq dəbə çevrilib. Bu çox yanlışdır. Biz burda nəzərə almalıyıq ki, bütün məsələlərin kökü ailədən və övlada verilən tərbiyədən asılıdır. Bu gün həm Azərbaycanda, həm də Türkiyədə bu sahə üzrə ciddi proseslər gedir, amma, təəssüf ki, tərbiyə işi sistemli bir formada aparılmır. Ona görə də hazırda milli-mənəvi dəyərlərdən uzaq, tamam fərqli bir gənclik yetişir.

 

Bu məsələdə sosial medianı günahlandırmaq yersizdir. Sosial şəbəkələr və kanallarda cinayət hadisələri qabardılıb, verlişlərə çıxarılır ki, hadisəyə ciddi yanaşıldığı və təfərrüatları cəmiyyətə çatdırılsın. Lakin psixoloji təsir baxımından kanallar daha çox məsuliyyət daşıyır. Müşahidə etsək görərik ki, Tükiyədə xoşagəlməz hadisələrlə bağlı saatlarla verlişlər aparılır. 

 

Tərbiyənin formalaşmasında ilk növbədə ailə, daha sonra məktəb, universitet böyük rol oynayır. Əgər ailənin tərbiyəsi yoxdursa, övladına nə vercək? Orta məktəb və universitet yalnız təhsil verib, təlim-tərbiyədən uzaqdırsa, burada hansı inkişafdan söhbət gedə bilər? Hesab edirəm ki, bu məsələyə yanaşmada bəzi reallıqları nəzərə almalıyıq”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox