Azedu.az

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

Xəbərlər

9 Oktyabr 2024, 17:32
Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq üçün ekskursiyalar təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a verilən məlumata görə, uşaqlar Qəbələdəki “Qəbələnd” Əyləncə Mərkəzində və “Tufandağ” İstirahət Kompleksində olublar. Onlar, həmçinin Qəbələdəki və Şəkidəki tarixi-memarlıq abidələri, Şəki Xan Sarayı, Karvansaray və Şəki mətbəxi ilə tanış edilib.

Qeyd edək ki, agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunur.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox