Azedu.az

Bu məktəbin pedaqoji kollektivi vahid formaya KEÇDİ

Məktəblər

9 Oktyabr 2024, 16:39
Bu məktəbin pedaqoji kollektivi vahid formaya KEÇDİ

Salyan rayonu Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbinin pedaqoji kollektivi 2024-2025-ci tədris ilindən vahid geyim formasına keçib.

AzEdu.az xəbər verir ki, bu barədə orta məktəbdən məlumat verilib.

Qeyd olunub ki, bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərən xüsusi amildir.

Vurğulanıb ki, müəllimlər vahid geyim forması ilə tədris prosesində daha peşəkar bir görünüşə sahib olurlar. Bu, həm şagirdlər, həm də valideynlər arasında müəllimlərin ciddiyyətini və nüfuzunu artıraraq, məktəb mühitində intizamın təmin edilməsinə kömək edir.

Həmçinin bu addım bərabərlik prinsipinin əyani nümunəsidir.

 

"Azərbaycan müəllimi" qəzeti

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox