Azedu.az

Oktyabrın 11-də GRE imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Oktyabr 2024, 15:05
Oktyabrın 11-də GRE imtahanı keçiriləcək

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2024-cü il oktyabrın 11-də Dövlət İmtahan Mərkəzinin Binəqədi  rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

DİM-dən AzEdu.az-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahanlar saat 09:00-da və 14:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox