“Gələcəkdə müəllimlərin geyimlərinin dizaynı hazırlanarkən Azərbaycanın müasir stilistikada olan milli ornamentlərindən istifadə edilsin”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova deyib. Onun sözlərinə görə, müəllimlərin geyimlərində maraqlı elementlərdən istifadə etmək olar:
“Müəllimlərimizin bir çoxu geyimlərində diqqətlidirlər. Hər zaman da diqqətli olmalarını istəyərəm. Xüsusi geyim forması haqda mövzuya toxunulsa istəməzdim ki, müəllimlərin geyimi vahid məktəbli forması kimi olsun.
Onun müəllim üçün olmasının nəzərə alınmasını, geyimə bir az daha fərqli yanaşılmasını istərdim.
Düşünmürəm ki, müəllimlərin hər hansı bir vahid formada şagird qarşısına çıxması düzgün, maraqlı fikirdir. Amma buna başqa cür də yanaşmaq olar.Müəllimlərin geyimlərində maraqlı elementlərdən istifadə etmək olar. Əlbəttə bu elementlərin milli ruh, naxışlarımızdan istifadə olunmasının tərəfdarıyam. Bununla bağlı fərqli dizaynlarım, düşüncələrim var . Təklif edirəm ki, gələcəkdə müəllimlərin geyimlərinin dizaynı hazırlanarkən Azərbaycanın müasir stilistikada olan milli ornamentlərindən istifadə edilsin”.
Tanınmış modelyer-dizayner bu gün dünyada etno dəbin aktual olduğunu vurğulayıb:
“2006-cı ildə ölkədə Milli Geyim Gününün təsis edilməsi ideyası və təşəbbüsü ilə çıxış etmişəm və bu təklif sonradan baxılması üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilib. Bu gün dünyada etnodəbin aktual olduğunu və məşhur brend geyimlərdə etno naxışların istifadəsini çox görürürük. Niyə görə də biz öz ornamentlərimizə, naxışlarımıza, dəyərlərimizə sahib çıxmayaq?! Geyimlərimizdə bunu nədən istifadə etməyək?!
2006-cı ildən bu günə qədərki fəaliyyətimdə diqqət etdiyim əsas mövzu, fikir, istək, arzudur. Hətta buna uyğun olaraq, Azərbaycanımızı dünyada layiqincə təmsil etdiyimi düşünürəm.
Azərbaycanın dəyərlərini onun milli naxışlarını , tarixini yetəri qədər qorumağa çalışıram və qoruyuramda. Düşünürəm ki, bu gün çoxları yolumu davam etdirir bu çox gözəldir. Amma ən gözəli odur ki, mən yaradıcılığımda çoxşaxəli işlər edirəm və məhz burda da öz imzamı göstərdim. Milli ruhumuza , dəyərlərimizə, milli geyimlərimizə marağı, sevgini artırdım. Bunu mənə elm insanlarımız, dəyərli etnoqraflarımız, alimlərimiz hər zaman söyləyirlər. Bunun üçün də hər zaman onlara təşəkkür edirəm”.