Azedu.az

Keçmişdən bu günə: Erkən nikahların qarşısı nə qədər alınıb? - TƏHLİL

Xəbərlər

8 Oktyabr 2024, 15:01
Keçmişdən bu günə: Erkən nikahların qarşısı nə qədər alınıb? - TƏHLİL

Azərbaycanda erkən nikahlar uzun müddət sosial problem olaraq qalsa da, son illərdə bu sahədə müəyyən irəliləyişlər müşahidə olunur. Erkən nikahlar, xüsusən qızlar arasında, onların təhsil imkanlarını məhdudlaşdırır və sosial-iqtisadi problemlərin artmasına səbəb olur.

 

Son 5 ildə bu problemin azaldılması üçün dövlət tərəfindən bir sıra tədbirlər görülub. Lakin problemin tam aradan qaldırılması hələ də mümkün olmayıb.

 

AzEdu.az Təhsil Portalı erkən nikahlarla bağlı araşdırmasını təqdim edir.

 

2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişikliklərdən sonra erkən nikahların rəsmi sayı azaldı. Belə ki, nikah yaşı 17-dən 18-ə qaldırıldıqdan sonra erkən nikahların sayında da kəskin azalma müşahidə olundu.

 

2011-ci ildə 5138 erkən nikah qeydə alındığı halda, 2012-ci ildə bu rəqəm kəskin şəkildə azaldılaraq 295-ə endirilib.

 

2018-ci ildən etibarən erkən nikahların qarşısının alınması üçün maarifləndirmə kampaniyaları və hüquqi tədbirlər gücləndirilib. Eyni zamanda, qadınların təhsil və peşə sahələrində daha aktiv iştirak etməsi üçün təşviqedici proqramlar həyata keçirilir.

 

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, erkən nikahların sayı azalmağa doğru gedir, lakin bəzi bölgələrdə problem qalmaqdadır. Rəsmi statistikalara əsasən:

 

2019-cu ildə erkən nikahların sayı 366;

 

2020-ci ildə bu rəqəm 165;

 

2021-ci ildə 137;

 

2022-ci ildə 270;

 

2023-cü ildə isə, 223 olub.

 

Qeyd edək ki, erkən nikahlar daha çox bəzi kənd və rayonlarında, xüsusən də cənub və qərb bölgələrində daha geniş yayılıb. Bu regionlarda sosial normativlər və adət-ənənələr erkən nikahlara səbəb olan əsas amillərdən biridir.

 

Şəhər yerlərində isə bu problem daha azdır.

 

Erkən nikahların qarşısının alınması üçün qızların təhsilə cəlbinin kütləviləşdirilməsi, valideynlərlə maarifləndirici söhbətlərin keçirilməsi, hüquqi tədbirlərin daha sərt şəkildə tətbiqi önəmli rol oynayır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox