Elmi dərəcəsi olub, elmi məhsulları olmayan insanlara alim demək olmaz.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bizim ali təhisil müəssisələrimizin qarşısında mühüm işlər durur:
"Uzun müddət Azərbaycan ali təhsil müəssisələrinin yeganə vəzifəsi kadr hazırlamaq olub. Ali təhsil müəssisələrimizin qarşısında yeni çağırışlar durur. Tələbələr təhsil aldığı dövrdə işaxtaran deyil, iş yeri yaradan şəxslər olmalıdırlar.
İnnovasiyanın mövcudluğu üçün elmi tədqiqatların olması vacibdir. Fundamental elmi tədqiqatların olması vacibdir. Təkcə biznes təfəkkürü ilə hansısa köklü nəticə əldə edilməsi çətindir. Bəzi şəxslərə "Siz alim deyilsiniz, sadəcə elmi dərəcəniz var" deməliyik. Elmi tədqiqatlar olmayan yerdə innovasiya yaratmaq mümkün deyil”.
E. Əmrullayev söyləyib ki, elmi dərəcəsi olub, elmi məhsulları olmayan insanlara alim demək olmaz:
“Tədqiqatı olmayan adamlar özlərinə alim deyirsə, elmi inkişaf etdirə bilmərik. Son dövlərdə görürür ki, Azərbaycan alimlərinin elmi nəticələri artır. Bu aydan başlayaraq alimlərə əlavə mükafatın verilməsinə başlamışıq. Bu tipli layihələrin ən çox tətib olunacağı yer Qarabağ Universiteti olacaq. Həmçinin, düşünürük ki, bakalavrların təcrübə müddəti 1 il müəyyənləşsin".