"Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq edilir".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
"Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır. Bu təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir. Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var".