AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
8 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
8 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası çağırılıb:
Ölkə ictimaiyyətinin və müxalifətin təkidi ilə keçirilən sessiyanın gündəliyinə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi barədə məsələ salınıb.
Sessiya qızğın müzakirələrdən sonra Konstitusiyaya dəyişikliklər edilməsini deyil, müstəqillik haqqında ayrıca Konstitusiya qanununun (Konstitusiya Aktı) qəbul olunmasını qərara alınıb. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı oktyabrın 18-də qəbul edilib. Bu tarix Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur.
8 oktyabr 1891-ci ildə tarixә ‘‘Böyük Çikaqo Yanğını’’ olaraq düşәn fәlakәt baş verib:
Nəticədə 300 nәfәr hәlak olub, 100 mindәn çox adam da evsiz qalıb.
8 oktyabr 2021-ci ildə Xalq artisti Ağakişi Kazımov) vəfat edib:
Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev rolunda) çəkilib.
8 oktyabr 1934-cü ildə 8 oktyabrında Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanunla qadınlara deputat seçmək və seçilmək haqqı verildi.