Azedu.az

Uşaqların dini inancına təsir etmək olmaz – Deputat

Xəbərlər

7 Oktyabr 2024, 12:29
Uşaqların dini inancına təsir etmək olmaz – Deputat

İctimai yerlərdə, eləcə də məktəblərdə azyaşlıların hicab taxmasının şahidi oluruq. Bir çox hallarda bu uşaqlarda diskomfort vəziyyətə səbəb olur. Bəzən onlar öz iradələrindən asılı olmadan valideynləri tərəfindən hicaba keçirlər.

Bəs, görəsən, bu hal qanunla necə tənzimlənir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, azyaşlılara dini mövzularda valideynlərin müdaxilə etməsi qəbuledilməzdir:

146532

“Azərbaycanda qanunverciliyə əsasən hər kəsin etiqad azadlığı var. Buna bizim konstitusiyamız və “Dini etiqad azadlığı haqqında” qanunumuz icazə verir. Eyni zamanda da qanunda valideynlərin və ya kənar şəxslərin kiminsə iradəsinə təsir etməsinə, təzyiq göstərməsinə icazə verilmir.

Yəni bu hər bir vətəndaşın etiqad, inanc azadlığıdır və buna hansısa formada müdaxilə yolverilməzdir”.

 

Deputat qeyd edib ki, biz dini məsələni, ayinləri, yanaşmanı elə formada sərgiləməliyik ki, bu uşaqların düşüncəsinə, təfəkkürünə, onların sağlam böyüməsinə mənfi təsir göstərməsin:

 

“Valideynlər özləri də bu məsələ də daha diqqətli olmalıdırlar. Onlar çalışmalıdırlar ki, övladlarını düzgün, sağlam və normal tərbiyyələndirib, düzgün istiqamət verə bilsinlər.

Dini mövzularda azyaşlıların psixologiyasına mənfi təsir göstərə biləcək addımlar atmaqdan da çəkinilməlidir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox