Azedu.az

Uşaqları qripdən necə qoruyaq? - Həkim MƏSLƏHƏTİ

7 Oktyabr 2024, 09:56
Uşaqları qripdən necə qoruyaq? - Həkim MƏSLƏHƏTİ

Yüksək tempuratur, halsızlıq, baş ağrısı, burun axıntısı... Son günlər demək olar ki, kiçikdən-böyüyə hər kəsi cənginə alan xəstəlik- “Qrip” simptomları.

 

Bu xəstəliyə tutulmamaq üçün nələr etməliyik? Ən çox kimlər yoluxa bilir?

 

Respublika Klinik Xəstəxanasının Həkim-infeksionist Tofiq Hacıyev AzEdu.az-a açıqlama verib.

146517

Tofiq Hacıyev bildirib ki, hazırda xəstəliyə yoluxmuş şəxslər vitamin terapiyası, meyvə və tərəvəzdən daha çox istifadə etməlidirlər:

 

“Qrip- tibbi adıyla influenza virusunun törətdiyi infeksion xəstəlikdir. Mövsümi xəstəliklərə aiddir. Bu xəstəliyə ilin bütün fəsillərində rast gəlinsə də, əsasən oktyabr, noyabr aylarından başlıyaraq xüsusi artım müşahidə olunur.

 

Virus quruluşunu asanlıqla dəyişə bildiyi üçün hər il bizim yeni ştamlarla yoluxmağımıza səbəb olur. Qrip yüksək temperatur, öskürək, halsızlıq, yorğunluq, əzələ və oynaq ağrıları, göz almalarında ağrı kimi simptomlarla özünü göstərir.

 

Xəstəlik 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan böyük insanlar, şəkərli diabet, onkoloji xəstələr və digər immunsupressiv vəziyyətləri olan insanlarda, xüsusilə ağır keçən, ağırlaşmalar verə bilər. Bəzən bu ağırlaşmalar ölümlə nəticələnə bilir.

 

Qrip hava-damcı yolu ilə yoluxur. Öskürüb, asqıran zaman xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun və gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur. Xəstəliyin yayılmaması üçün xəstə insanların tibbi maska istifadə etməsi, maska yoxdursa, öskürən, asqıran zaman ağızı dəsmalla tutmaq, tez-tez əlləri su və sabunla yumaq və yaxud əl antiseptiklərindən istifadə etmək mütləqdir.

 

Xəstəlikdən qorunmaq üçün bu mövsüm tibbi maska taxmaq, sosial məsafə saxlamaq, əlləri tez-tez yumaq və vaksin olunmaq məsləhətdir.

 

Virusun hər il dəyişən ştamlarına uyğun oktyabr ayından başlayaraq vaksinasiya aparılır. Vaksinlərin hazırlanması və vaksinasiya prosesinə Ümumdünya Səhiyyə Təşkilatı nəzarət edir. Hazırda TƏBİB tabeliyində olan poliklinika və xəstəxanalar vaksinlə təmin olunub”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox