Təəssüf ki, son günlər yeniyetmələr ictimai yerlərdə bir-birlərinə bıçaq zərbələri endirməklə gündəmə gəlirlər.
Mənfi hallarla bağlı AzEdu.az Təhsil Portalı olaraq, Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini, İmran Əliyev bildirdi ki, məktəb və ətrafı yerlərdə nəzarət tədbirləri gücləndirilib:
“Əvvəllər də sözügedən ərazilərdə nəzarət həyata keçirilirdi. Burada tək DİN yox, eləcə məktəblərin özləri də iştirak edirlər. Lakin son yaşanan hadisələri nəzərə alaraq Elm və Təhsil Nazirliyi ilə yenidən görüşüb, danışaraq monitorinqlərin sayını daha da artırmağı qərara aldıq. Bundan sonra nəzarət sahəsində daha çox montorinqlər həyata keçiriləcək”,- deyə o, qeyd edib.