Xaçmazda 17 yaşlı oğlan özünü Dəmiryolu Stansiyasının körpüsündən atıb.
AzEdu.az xəbər verir ki, ağır xəsarətlər alan 2007-ci il təvəllüdlü Amanşah Qafarov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona müvafiq tibbi yardım göstərilir. Hazırda faktla bağlı araşdırma davam edir.