Azedu.az

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunublar

Xəbərlər

3 Oktyabr 2024, 16:39
Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunublar

Ukraynadakı müharibədən zərər çəkən və reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən daha 30 ukraynalı uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a verilən məlumata görə, ilk mərhələdə müayinədən keçirilən hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib.

Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunub.

On günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün milli rəqslər, stolüstü oyunlar, futbol, badminton yarışları, Şəki və Qəbələ şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil ediləcək.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox