Azedu.az

Ekspert: "Uşaqlar əvvəlki illərə nisbətən həssaslaşıb"

Məktəblər

3 Oktyabr 2024, 16:30
Ekspert: "Uşaqlar əvvəlki illərə nisbətən həssaslaşıb"

“Müəllim və şagird arasında bağ yoxdursa, şagird dərs oxumayacaq, hətta müəllimə qarşı hörmətsizlik baş alıb gedəcək.

 

Bu sözləri təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında qeyd edib.

146345

“Əvvəllər şagirdlər müəllimlərdən çəkindikləri üçün dərslərə daha məsuliyyətli yanaşırdılar. Hətta bəzi hallarda müəllim şagirdə aqressiv də davrana bilirdi. Amma indi müəllimin səsini yüksəltməsi belə şagirdi intihara sürükləyir. Əvvəllər uşaqların bu səviyyədə psixoloji problmeləri olmayıb. Onlar çox həssaslaşıblar. Bura problemin bir qismi də yeni texnikaların inkişafıdır”.

 

Ekspert qeyd edib ki, indiki dövrün uşaqlarına daha mülayim davranılmalıdır:

 

“Müəllim tədris etdiyi fənni də, özünü də şagirdlərə sevdirməyi bacarmalıdır. Bu isə müəllimin peşakarlığından asılıdır.

 

Bu yaxınlarda Türkiyə-Azərbaycan Universitetində oldum, orada çox fərlqi bir mühit gördüm. Müəllim və tələbələrin bir-birinə yanaşması məni sözün əsil mənasında heyran etdi. Çox istərdim ki, ölkənin bütün ümumi və ali təhsil müəssisələrində bu sistem qurulsun.

 

Müəllimlər dərsləri standart formada tədris etməməlidirlər. Onlar dərslərinə əyləncə qatmalı, fərqlilik yaratmalıdır. Yalnız bu halda şagirdi dərsi sevdirmək mümkündür”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox