AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
3 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
3 oktyabr 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib:
Ümummilli Lider ölkəmizdə siyasi gərginliyin, hakimiyyət böhranının kəskinləşdiyi bir dövrdə hakimiyyətə gəldi. Həmin vaxt xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Bir tərəfdən də Ermənistanın təcavüzü ilə üzləşən ölkəmiz təşviş içində idi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu.
3 oktyabr Suqovuşanın işğaldan azad olunduğu gündür:
2020-ci il oktyabrın 3-ündə 26 ildir düşmən tapdağında olan Suqovuşan kəndi Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu, şanlı bayrağımız əzəli torpaqlarımızda dalğalandı.
Vətən müharibəsində ilk Qələbəmizin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən "Madagiz" adı dəyişdirilərək tarixi "Suqovuşan" adı ilə əvəz edildi, tarixi ədalət bərpa olundu.
3 Oktyabr Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür:
Hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Ümumdünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbirlərin keçirilməsi də həmin narahatlıq hissindən doğur.
Həmin gün heç bir beynəlxalq təşkilat tərəfindən təsis edilməsə və rəsmi status daşımasa da, həkimlər və sosial işçilər ictimaiyyətin diqqətini alkoqol qəbul etməyin və onun doğurduğu problemlərin nəticəsinə cəlb etməyə çağırırlar. Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.
3 oktyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlyar Əliyev şəhidlik zirvəsinə ucalıb.