Azedu.az

Sabunçuda 20 yaşlı gənc qətlə yetirilib - YENİLƏNDİ

Xəbərlər

2 Oktyabr 2024, 09:29
Sabunçuda 20 yaşlı gənc qətlə yetirilib - YENİLƏNDİ

Oktyabrın 2-də paytaxtın Sabunçu rayonu ərazisində 2004-cü il təvəllüdlü Xəyal Nağıyevin aldığı xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan AzEdu.az-a bildirilib ki, aparılmış istintaqla yetkinlik yaşına çatmayan A.D-nin (şərti) oktyabrın 1-də aralarında yaranmış mübahisə zamanı Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Yetkinlik yaşına çatmayan A.D (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

08:45

Oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox