Azedu.az

Sertifikasiya müəllimlərin rifahını yaxşılaşdırdı - DEPUTAT

Xəbərlər

Müəllimlər və elm adamları

1 Oktyabr 2024, 17:09
Sertifikasiya müəllimlərin rifahını yaxşılaşdırdı - DEPUTAT

Müəllimlik peşəsi müqəddəs olduğu kimi, eyni zamanda şərəfli və qürurverici fəaliyyət növüdür.

 

Belə ki, son dövrdə müəllimlərin fəaliyyətlərinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır. Eyni zamanda müəllim nüfuzunun artırılması yönündə də işlər həyata keçirilir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov qeyd edib ki, bu gün dövlət bu sahəyə böyük qayğı və diqqət göstərir:

146204

“Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sertifikasiya imtahanları həm müəllimlərin peşakarlıq səviyyəsini artırdı, həm də bunun fonunda təhsilverənlərin maddi rifahı yaxşılaşdırıldı.

Müəllim davamlı olaraq öz üzərində işləməli, özünü inkişaf etdirməlidir. Lakin son dövrlərdə müəllim peşəsinə maraq azalır. Təbii ki, bununda müxtəlif səbəbləri var. Düşünürəm ki, maaş artımı ilə yanaşı, müəllimlər üçün əlavə güzəştlər də olmalıdır.

Bu gün bəzi sahələr var ki, orda maaşlar dəfələrlər artıqdır. Təqdirəlayiq addımdır ki, bu gün artıq müəllimlərin bir hissəsi min manatdan yuxarı maaş alır. Amma ümumilikdə isə düşünürəm ki, gələcək proseslər barədə düşünməliyik”.

 

Deputat bildirib ki, müəllimlik peşəsi sevgi işidir və buna görə də hər bir təhsilverən öz sahəsinə maraqlı olmalıdır:

 

“Hazırda elə müəllimlərimiz var ki, onlar peşəsinə bağlıdır. Biz də həmin müəllimlərin fəaliyyətini hər zaman qiymətləndirməli, onlara dəyər verməliyik.

 

Artıq zaman dəyişdikcə yanaşmalar, dəyərlər dəyişib. Ona görə də müəllimlərin  əhval-ruhiyyəsinin yaxşı olması üçün müəyyən addımlar atmalıyıq. Hər bir ölkənin inkişafı onun təhsilindən bilavasitə asılıdır. Təhsil güclü olmasa, güclü təhsilverənlər yetişdirə bilməsək, işimiz çətin olacaq. Təbii ki, bu günə qədər təhsillə bağlı xeyli müsbət yöndə addımlar atılıb. Biz hər zaman çalışmalıyıq ki, müəllimlərin nüfuzunu qoruyaq”.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox