Azedu.az

İsrail Qəzzada məktəbə hava zərbələri endirib

Xəbərlər

1 Oktyabr 2024, 11:43
İsrail Qəzzada məktəbə hava zərbələri endirib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbinə hava zərbələri endirib.

AzEdu.az xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail kəşfiyyatı bu məktəbdə HƏMAS yaraqlılarının fəaliyyət göstərdiyini müəyyən edib.

"İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalındakı Qəzza şəhərində komanda-nəzarət mərkəzində fəaliyyət göstərən HƏMAS terrorçularına dəqiq zərbə endirib. Komanda-nəzarət mərkəzi əvvəllər UNRWA-nın “Şücayyə” məktəbinin olduğu binada yerləşib", - məlumatda qeyd olunub.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox